Hər şey bir anda...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
174 | 2025-04-19 11:06

Dünyanın insanlardan üzü dönəndə  bizi sınağa çəkir. Bu sınaq, bu imtahan müharibədə ola bilər, təbii fəlakət də! Sadəcə yetər ki, insanlar bu sınağa hazır olsunlar.Və bir də o hadisələr baş verəndə   bizim heç nədən xəbərimiz , bilgimiz olmur.

Gözümüzü açıb görürür ki, artıq, odun- alovun,  suyun içindəyik!  Aprelin 16- da  da belə bir çətinliklər yaşadıq. Təbii fəlakət- sel, qar, külək bizi  qəfil haqldı... Və qəfil haqlayanda da  bir çoxlarımız özümüzu itirdik. Amma özünə itirməyənlər də oldu! Belə ki, Ağsu rayonunda tikinti işləri görən  işçilər yağışdan qorunmaq üçün ekskavatorun  kabinasına giriblər.  Bir neçə dəqiqədən  çaya güclü sel gəlib və sel ekskavatoru aşırıb. Həmin anda  sahə rəisi əməkdaşlarını xilas etmək üçün özünü suya atıb.

Onun cəsarəti, igidliyi hesabına iki işçi xilas edilib. Bax , əsl kişilik, əsl qəhrəmanlıq deməkdir. Sahə rəisi öz həyatını qurban verməklə iki insanı ölümün pəncəsindən  xilas  elədi. Fərqi yoxdu; ya müharibədə insanı xilas eləsin, ya da  sel gələndə , hər ikisi qəhrəmanlıdı. Və hər ikisinin adı tarixə qızıl hərflə yazılır.

O, iki nəfəri xilas edən gəncin 44 yaşı  və 4 övladı vardı. İndi o, 4 uşaq atasız qalasa da, amma 44 yaşlı oğlan həmişə bu qəhərmanlığı ilə  övladlarına bir sevgi, bir məhəbbət, bir istilik gətirəcək və balaları həmişə atalarının qəhrəmanlığı ilə  fəxr edəcəklər! Bircə qalır, onun qəhrəmanlığının rəsmi surətdə  rəsmləşdirilməsinə! İnşallah, o da tezliklə olar!!!

TƏQVİM / ARXİV