Külək uşağı yıxdı... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
232 | 2025-04-06 10:08

Sizi bilmirəm, amma mənim küləkli havalardan lap zəhləm gedir! Özü də bu külək Bakıda ola! Düzdü, bəstəkarlarımız  küləyə gözəl bir mahnı da yazıblar:" Gedək üzü küləyə..." Bəlkə  də cavan olanda o şair, o bəstəkar bu mahnını yazıb. Amma Bakının küləyin görsəydi, bu mahnını yazmazdı.

O günü Yeni Günəşlidə bir külək əsirdi ki, az qala adamı apara. Niyə uzağa gedirəm.Fatmeyi-Zəhra" məscidinin yanındakı avtobus dayanacağında ( orda  küləkdən, yağışdan qorunmaq üçün dayanacaq inşa etməyiblər) bir yeniyetmə oğlan uşağını gülək yıxdı.Ona mənim dostum Məhəmməd qardaşımız kömək etdi və  ayağa qaldırdı. O uşaq dedi ki, Yeni Günəşlidən  Köhnə Günəşliyə getmək üçün hansı marşruta minməlidir. Məhəmməd də bildirdi ki, 104 və 20 nömrəli avtobus deyilən yerə gedir.

Küləkli havada  belə dayanacaq şəraiti olmayan yerdə  avtobusları gözləmək çox çətindir. Uşaq, qoca, xəstə adamlar üçün lap çətindir. Hələ görün, yağış, qar yağanda, şaxtalı və soyuq günlərdə burda avtobus gözləyən insanlar nə qədər çətinlik çəkirlər. Əgər həmin yerlərdə dayanacaq tikilmirsə,  heç onda  orda avtobuslar dayanmasa, yaxşıdı və əgər dayanırsa, birmənalı olaraq mütləq dayanacaqlar inşa edilməlidir. Təəssüf ki, edilmir.

Bunu isə Yerüstü Nəqliyyat Agentliyi həyata keçirməlidir! Metronun" Xalqlar dostluğu" stansiyasının yaxınlığındakı  dayanacaq, eləcə də şəhərin  küçələrində əksər yerlərində hər cür şərait olan dayanacaqlar tikilib. Hətta onların qapıları da var. Bax belə dayanacaqlar  möhkəm küləklər əsən və soyuq olan Yeni Günəşlidə inşa  edilməlidir.

Bəs bu işi kim görməlidir! Əlbəttə ki, Yerüstü Nəqliyyat Agentliyi! Tezliklə məlum qurum bu addımı atmalıdır. Əks- təqdirdə Yeni  Günəşli camaatı  küləkdə, soyuqda, qarda, yağışda çox əziyyət çəkməli olacaq!!!

  • Aprel:
  • 4

TƏQVİM / ARXİV