Biz deyirik...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
426 | 2025-02-22 17:19

Gözümüz həmişə televiziyalarda yaxşı verilişlər axtarır.Amma axtardığımızı tapa bilmirik.Bəlkə kimsə, tapır, deyə bilmərik. Vallah, biz tapa bilmirik. Elə televiziyaları açan kimi düşük- düşük  teleseriallar gözümüzə girir.

Məsələn, " Xəzər' TV- də  gedən" Xəyanət" teleserialı.Filmin nə ssenarisi yönnüdü, nə də rejissor işi.Söhbətlər hamısı ya bu otaqda , ya da digər otaqlarda  gedir.Bilmirsən, rejissor nə demək istəyir.Sanki  filmin qəhrəmanı  əjdahadır, nə istəsə eləyə bilər.Bu film cinayətkarlığı, reketçilyi və ən nəhayət qeyri - insani hissləri, duyğuları təbliğ edir. Filmi çəkənlər millətin zəif yerin tapıb və ondan da ustalıqla istifadə edir.Ailə- məişət mövzusundan nə qədər " bezdarnı" teleseriallar çəkilir.Millətın səviyyəsiz  kütləsinə hesablanıb  bu filmlər! Çünki bundan reytinq əldə edirlər.

Və reytinq xətrinə bütün milli və mənəvi dəyərləri qurban verməyə hazır olan  adamlar var. Allah bizi belə insanlardan qorusun! Xoşqədəm hidayətqızının, hər iki Zaurların, Lalə Azətaşın, Elgizin səviyyəsiz verilşləri adamın ətin tökür. Problemi adamların dərdlərındən istifadə edərək onların onların başına oyun açırlar. Ailə sirlərini  gəlib efirdə danışan adamlar( daha doğrusu danışdırılan)  barışmaq əvəzinə , yenidən  od- alovun içinə düşür və ailələr dağılır. Görəsən, insanlar nə vaxt anlayacaq ki, bu verilişlər yanan ocağın üstünə su yox, benzin səpirlər? Savadsız həkimləri, istedadsız musiqiçiləri  reklam edən belə verilişlər xalqımıza və millətimizə vurulan ən böyük zərbədir.

Çox təəsüf ki, bu zərbənin qarşısınsa, alan yoxdur və getsə, heç almayacaqlar da! Çünki burda böyük pullar var. Əgər böyük pullar olmasa , adını çəkdiyimiz  o aparıçılar üçmərtəbəli evləri, bahalı maşınları hansı pulla əldə edib." Xəzər" TV - də efirə gedən " Komediyaxana" elə özü başdan - ayağa komediyadır.

Sünü gülüş yaratmaq üçün bir- birinin başına qapaz vuran, yerə yıxılıb ağlayan, dalını burcuda- burcuda oynayan aktyor bu hərəkətlərindən heç utanmırlarmı? Və onlar bizim korifey gülüş ustalarımızım tamaşalarına baxıblarmı? Çox yox, sadəcə olaraq Nəsibə Zeynalovadan, Səyavuş Aslandan,Hacıbaba Bağırovdan, Yaşar Nuridən bir şey öyrənsəydilər, belə şit hərəkət etməzdilər.    Özəl televiziyalara baxanda  Az.TV və İTV toya getməlidir, çünki bu kanallarda əxlaqi, milli və mənəvi dəyərlər qorunur. Vətənpərvərlik və sosial yönümlü maraqlı verilişlər efirə çıxarılır. Bax binalar alqışlanmalıdır. Bəs görəsən, özəl televiziyalar bataqlıqdan nə vaxt çıxacaq , onu deyə bilmərik.Qoy, bu barədə onlar özləri düşünsün. Və əgər düşünə bilirlərsə!..

  • Mart:
  • 7

TƏQVİM / ARXİV