Qiymətlər enir...

Beş- on gün bundan əvvəl alçanın, çiyələyin qiyməti kəllə- çarxa çıxmışdı.Belə ki, alçanın kiloqramı 60- 70 manat, çiyələksə, 20- 30 manata satılrdı.Təbii ki, bu qiymətlərdən camaat çox narazılıq edirdi.
Artıq həmin məhsullar ucuzlaşıb: indi alça 6 manata, çiyələk 5 manata satışa çıxarılır.Bununla yanaşı, bazarlarda kartof, soğan, xiyar, pomidor da ucuzlaşıb. Əlbəttə , bahalıq olanda insanlar istədiyi məhsulu almaqda çətinlik çəkir, Maddi imkanları olmadığına görə , stress yaşayırlar.Rəyini soruşduğumuz alıcıların böyük hissəsi bu gün də bazar- dükanlardakı qiymətlərdən razı deyillər.
Onlar bildirirlər ki, ötən il bundan ucuzluq idi. İstədiyimiz məhsulu bu gün də ala bilmirik! Belə getsə, heç ala bilməyəcəyik də ! Amma görünən odur ki, bazarlarda və marketlərdə günbəgün meyvələrin , eləcə də tərəvəz məhsullarının qiyməti daha da ucuzlaşır.Mayın sonunda isə Allah qoysa , lap ucuzluq olacaq. Bax onda insanlar ürəkləri istədikləri məhsulları daha ucuz qiymətə ala biləcəklər!!!
Emil Faiqoğlu