11 Oktyabr 2017 12:37
288418
MODA

Tanınmış modelyer yeni geyim kolleksiyasını təqdim edib - Fotolar

Azərbaycanın tanınmış modelyeri Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib.

Adalet.az-ın məlumatına görə, modelyerin "sirr -2017” adlı kolleksiyasının fotoları dəniz kənarında çəkilib.

Sayıtımıza açıqlamasında Əliyev yeni kolleksiyası haqqında bunları deyib: "Yay mövsümü artıq başa çatdı, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim etməyə başlayıblar və mən də yeni əl işlərimi fərqli üsulda nümayiş etdirmək istədim. Payız ayı olmasına baxmayaraq mən daha çox rəngli parçalara üstünlük verdim. Mən bu işimdə payız və qış aylarında, xanımlarımız cansıxıcı geyimlərdən uzaq tutmaya çalışdım. Çünki, qadınlarımızın bu aylarda gözoxşayan, cəlbedici geyimlər üstünlük vermələrini istəyirəm. Onu da bildirim ki, bu il payız-qış aylarında gözoxşayan rənglər trend olacaq”.

Məlumat üçün bildirək ki, Azərbaycanın bir çox məşhurları ilə çalışan modelyer Fikrət Əliyev xarici ölkələrdə də öz geyim kolleksiyaların təqdim edib.

Qeyd edək ki, fotoqraf Eko Safarlinin çəkdiyi Fotosessiyayada modelər Seymur İlhan, Nuranə Abasova, Səxavət və Şahnaz çəkilib.