16 Sentyabr 2016 09:15
307815
MODA

"The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü keçiriləcək

21 sentyabr tarixində"The Most StylishOne” dizayner layihəsinin ikinci mövsümükeçiriləcək. Layihə "ExcelsiorHotel Baku” otelinin dəstəyi, FMS Models moda agentliyi və"Baku Fashion Night” təşkilatının dəstəyiilə keçiriləcək. 

Adalet.az xəbər verir ki, tədbir "ExcelsiorHotel Baku” otelinin "Afurja”banket zalında keçiriləcək. "The Most Stylish One” adlı layihə yerli modelyer-dizaynerlərə və moda iləmaraqlana auditoriyaya dəstək məqsədilə təşkil edilib. Layihə ildə iki dəfə mövsümü olaraq fevral vəsentyabr aylarında keçirilir.

İlk dəfə 19 fevral 2016-cı ildəkeçirilmişdir və dizaynerlər və moda sevənlər tərəfindən böyük maraqlaqarşılanıb. Layihədə moda evlərinin iştirakçı dizaynerləri tərəfindən mövsümün yeni trendləri nümayiş olunacaq və tədbirdəyeni Azərbaycan dizaynerlərinin adlarıelan olunacaq. Tədbirə modelyerlərdən Günay Quliyeva, ÜlkərHüseynova, paltarlar üzrə dizayner və stilist Sehri Rəhimova, modelyer-dizaynerGülüm Əsəsdullayeva, Fatimə Kəngərli, Sevinc Rzayeva, Nərgiz Muxtarova, brendFashion Lab iştirak edəcəklər.

"Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqustayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2"Royal" suit otaq, 4 "Crown" suit otaq, 45"Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin,konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl vəböyük Spa və sağlamlıq mərkəzi var.