Tokayevdən Ərdoğana məktub: Hazırıq!

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ötən gün Mərmərə dənizi və İstanbul bölgəsində baş verən zəlzələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Adalet.az xəbər verir ki, dəstək məktubunda qeyd olunur:
“Ölkələrimiz arasında çoxəsrlik dostluq, qardaşlıq və strateji tərəfdaşlığın sarsılmaz bağlarına əsaslanaraq, Qazaxıstanın türk xalqına hərtərəfli dəstək və yardım göstərməyə hazır olduğunu təsdiq edirəm”.
Qeyd edək ki, Türkiyənin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində 200-dən çox insan zərər çəkib.