Növbəti üç gündə leysan yağacaq -XƏBƏRDARLIQ

Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Digər Xəbərlər

Çernobıl qəzasından 39 İL ÖTÜR

Ağstafada canavarlar fermaya HÜCÜM ETDİ

Bulvar ərazisində 50 yaşlı kişi öldü

Dəm qazı can almaqda...

Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Qubada sahibsiz it məktəbli və 2 qadına hücum edib - YENİLƏNİB

Kürdəxanıda istixanadakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
