Dəm qazı can almaqda...

Son illər Azərbaycanda dəm qazından ölənlərin sayı ilbəil artır. Ötən il nisbətən bu il bu faciənin qurbanlar bir az da çoxalıb
Çox təəssüflə ki, nə " Azəriqaz" , nə də digər qurumlar güdən- günə artan ölüm faktlarının qarşısını ala bilmir.
Deyirlər ki, dəm qazından ölüm hallarının baş verməsinə səbəb qeyri - standart qaz cihazlarından istifadə etməkdir. Yaxşı bu fikrinən razıyıq. Amma onunla razı deyilik ki, o qeyri-standart deyilən cihazların da çoxu zavod istehsalıdır və sertifikatı var. Dəm qazından boğulmalarla bağlı " Azəriqaz ' evlərdə , mənzillərdə yoxlamalar aparıb, mövcud nöqsanlarla bağlı aktlar tərtib edilib. Və texniki qüsurlara yol verən abonentlərə xəbərdarlıq olunub.
Bir çox mənzil sahibləri suqızdırıçı cihazları hamam otağından çıxarıb ya mətbəxdə , ya eyvanda quraşdırıblar. Bununla müəyyən təhlükələr aradan qaldırılıb. Amma məsələnin bir tərəfi də var ki, mənzillərə verilən təbii qazın keyfiyyəti də yaxşı deyil. Başqa sözlə demiş olsaq, emal zamanı qazın tərkibindəki zəhərli maddələr tamamilə çıxarılmır. Heç sovet dönəmində qazdan ölüm faktları bu qədər çox deyildi.Çünki onda hər şeyə güclü nəzarət vardı. Amma indi belə nəzarət yoxdur.
Bəzən də qaz sobalarının dəm qazı çıxan yerində quş yuva qurur, ancaq bunu ev sahibləri görmür. Bir neçə gün bundan əvvəl Tərtər rayonununda evlərin birində qaz sobasının dəm qazı çıxan yerində quş yuva qurubmuş və nəticədə bir ailənin dörd üzvü dəm qazından boğularaq ölün. Bax, bu, faciə deməkdir. Bu faciələrin qarşısını hələ ki, alan yoxdur!!!
Emil Faiqoğlu