Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Aprelin 25-i bəzi şimal və qərb rayonlarında, 26-sı gündüz isə əsasən dağlıq ərazilərdə hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Digər Xəbərlər

Çernobıl qəzasından 39 İL ÖTÜR

Ağstafada canavarlar fermaya HÜCÜM ETDİ

Bulvar ərazisində 50 yaşlı kişi öldü

Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ

Dəm qazı can almaqda...

Qubada sahibsiz it məktəbli və 2 qadına hücum edib - YENİLƏNİB

Kürdəxanıda istixanadakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
