Əlində qumbara partladı - Barmaqları amputasiya olundu - YENİLƏNİB

Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.
Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib.
15:04
Xocavənd rayonunda hərbi sursat partlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.
Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Sadıqov Əli Ələhbər oğlu əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
Digər Xəbərlər

Güclü külək yük maşınını aşırdı - VİDEO

Jurnalist Mayis Əlizadə Türkiyədə VƏFAT ETDİ

Özünü avtomobilin altına atanlar

Reabilitasiya Mərkəzindəki yanğında bir nəfər xəsarət alıb

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirildi

2 ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir

Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürüldü - VİDEO
