HÜNƏRİN VAR BİR DƏ VUR - İlqar Rəsul yazır

İLQAR RƏSUL
4670 | 2023-09-27 17:23

Deməli,

Keyfiyyətsiz bir kişi olur. Bir gün evə gələndə ağacın altında söhbətləşən kənd ceyilləri buna sataşırlar. Qoluzorlu bir cavan irəli yeriyib kişiyə möhkəm bir şapalaq da vurur. Kşi gözü-başı şişmiş halda gəlir girir həyətə. Oğlu ağacın altında oturub dincəlir. Dədəsinin halını görüb, özündən çıxır. Qalxır yerindən, -kim səni bu hala salıb a kişi? - soruşur. Kişi hadisəni danşır. Oğul tutur dədəsinin qolundan - gəl görüm ə-deyir, həyətdən çıxarıb aparır cavanlar olan yerə. Çatan kimi deyir bu kişini kim vurub, çıxsın qabağa! Cüssəli oğlan, çıxır qabağa, deyir mən vurmuşam, sözün var?

Gədə baxır ki, vəziyyət yaxşı deyil, qayıdır ki, hünərin var bir də vur. Oğlan eləmir tənbəllik, kişiyə möhkəm bir şapalaq vurur. Ağız-burun partlayır. Gədə deyir, kşisən birin də bur! Bir şapalaq da tutur kişinin qulağının dibindən. Gədə deyir qeyrətin çatır birin də vur, Oğlan bu dəfə lap möhkəm vurur kişini. Sifət istahatdan çıxır. Kişi ayaq üstdə dayana bilməyib, oğlundan yapışır. Oğul qayıdır ki, ay dədə gəl gedək evə, bu adamdan qan iyi gəlir. Kişi üzü evə sarı düşür oğlunun dalına, arada da nəfəsi kəsilə-kəsilə deyir ki, ay filan olmuş, gəlmişdim də evə... 

Bax ermənistan indi bu vəziyyətdədir. Gah Fransa regiona gəlib İlham Əliyevə deyir hüərin var bir də vur, gah da ABŞ. Arada ermənilər sir-sifətdən çıxır.

 

TƏQVİM / ARXİV