DEMƏLİ, illər əvvəl FB-də bir paylaşım elədim. Bir tərcüməçi girib altında dəxli olmayan rəy yazaraq üstümə yeridi. Fikirləşdim, axı bu adamla belə rəftarımız yoxdu, qarşılaşanda mərifətlə salam-sağ ol var ancaq. Görəsən niyə belə edir? Səbrlə söhbəti uzatdım, məlum oldu ki, mənim iki ay əvvəl onun postuna yazdığım rəy xoşuna gəlməyib, əvəzini çıxır. Özü belə dedi: sən o vaxt elə etmişdin, mən də indi belə edirəm (yaşlı-başlı adam).
Söhbət nədən gedir? Bu yazıb hamıdan soruşub ki, filan el məsəli belə yazılır, ya belə (iki varint təklif edirdi)? Əlində yazdığı mətndə doğrunu istifadə etmək üçün soruşurdu.
Rəy bölümündə biri yazır elə yazılır, biri yazır, belə yazılır. Mən də yazdım ki, nə o cür yazılır, nə də bu biri cür. Əslində belə yazılır (üçüncü və doğru variantı yazdım). Sən demə bu onun xoşuna gəlməyib və yadında saxlayıb, aylardı məqam gözləyirmiş. Halbuki özü soruşmuşdu, mən də kömək etmək istəmişəm...
***
Bir dəfə də deputatlar haqda tənqidi bir fikir yazdım. Biri girib şərh bölümündə üstümə yeridi, rəy yazıb təxminən üsyan elədi. Realda məni görəndə bir az da yanaqları qızaran, çox hörmətlə rəftar edən biri idi əslində. Fikirləşdim, görəsən niyə belə edir? Axı mən buna bir artıq söz-filan deməmişəm. Səbirlə söhbəti uzatdım, məlum oldu ki, adam keçən deputat seçkilərində iştirak edib, seçilmıyib, glən seçkilərdə də iştirak etmək fikrindədir. O üzdən belə edir. Elə də dedi: Mn gələn dəfə seçkilərə qatılacam və qzanacağıma əminəm. ona görə indidən deputatları müdafiə edirəm və çox düz edirəm (mən ona uğurar arzuladım).
***
Bir dəfə də bir siyasətçi haqda paylaşıma rəy yazdım. Kitabla, ədəbiyyatla bağlı olan bir xanımın xətrində ydi. Necə deyərlər, döşədi qabığıma. Söhbəti səbirlə davam etdirdim, məlum oldu ki, bunun o siyasətçiyə ayrıca simpatiyası var. İstədi mənə qəbul elətdirsin ki, həmin siyasətçi təxminən ölkədə ən ciddi, mütaliəli və savadlıdır. Halbuki mən o adamın mütaliəsi və savadı haqda heç nə deməmişdim (uzun müddət də siyasi jurnalistika ilə məşğul olduğumdan siyasi cameəyə çox yaxşı bələdəm, kimin kim olduğunu bilirəm). Sözsüz ki, qəbul elətdirə bilmədi. Əksinə, mən ona dedim, fanatı olduğunuz adam haqda rəy oxuyanda soyuqqanlı olun ki, yazılanı düz anlayasınız və nahaqdan mübahisə etməyəsiniz. Elə bu dediyimlə də özümü məhv elədim. Xanım əvvəl gedib ayrıca post yazaraq indiki yazıçıların hamısını yıxdı-sürüdü (onların nə günahı vardı, anlamadım), ardınca da söhbətə qayıdıb mənə dedi, daha uzatmayıb sizi blok edirəm ki, sizdən nəsə qalsın. Blok elədi.
NƏYİ DEMƏK İSTƏYİRƏM?
Səbrli olun, biri sizə gözləmədiyiniz nəsə deyəndə, dərhal acı cavab verib inciməyə, haqqında qərar verməyə tələsməyin. Təmkinlə və küsdürmədən söhbəti uzadın, ağılagəlmz cavablarla rastlaşaaqsınız. Bəzən hətta fantastik cavabarla. Çünki insanlar gerçəkdən və bütün hallarda çox maraqlıdılar.