Nicat NOVRUZOĞLU: GÖVDƏSİ OLMAYANLARIN GÖVDƏ GÖSTƏRİSİ

NİCAT NOVRUZOĞLU
6400 | 2021-10-25 14:18

Saytlarda və sosial şəbəkələrdə bir toy karvanı ilə bağlı video yayılıb. Allah bütün  ailə quranları xoşbəxt eləsin.

Məsələ nədir?

Son zamanlar İran İslam Respublikasının Ermənistana  bütün sahələrdə verdiyi dəstək xalq arasında, eləcə də siyasi dairələrdə çox böyük etirazlara səbəb olub. Bu etirazlar da əslində həmişə vardı, sadəcə olaraq indi pik həddə çatıb. Torpaqlarımızı 30 illik işğaldan  44 gün ərzində azad etməyimiz ox olub  bir çox dövlətlərin bağrına  sancılıb, eləcə də İranın.

İranın  sərhədlərimizdə gövdə göstərisi yaparaq  hərbi təlimlər keçirməsi də elə bir effekt vermədi.

Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının gərgin  fəaliyyəti nəticəsində həm İranın narkotrafik yolu bağlandı, həm də casus şəbəkəsi çökdürüldü.

Düzdür, hələ İranın ölkəmizdəki trolları və tulaları milçək kimi ürək bulandırırlar.

Şüvəlandakı toy karvanı da guya gövdə göstərisidi, amma narahat olmayın, bu gövdəsi olmayan  gövdə göstərisidi.

Karl Marksın bir sözü özünü çox doğrultmaqdadı: «Din xalq  üçün tiryəkdir».

Ostap Bender nə deyir: «Poçyom opium dlya naroda?»

P.S. Biz həmin toy karvanının  nə videosunu  yayırıq, nə də  şəklini. Antireklam  bəzən reklama çevrilir.

 

TƏQVİM / ARXİV