Türkiyə Superliqasının XXXII turunda "Qalatasaray" qələbə qazanıb.
Adalet.az xəbər verir ki, İstanbul təmsilçisi "Rams Park"da keçirilən matçda "Bodrum" komandasına 2 cavabsız qolla qalib gəlib.
"Sarı-qırmızılar"ın qollarını Lukas Torreyra (29) və Davinson Sançez (81) vurub.
Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" 77 xalla turnir cədvəlinə başçılıq edir. Əzəli rəqibindən bir oyun az keçirən "Fənərbağça" isə 71 xalla ikincidir.