10 gün sonra tapılan qızlarla söhbət aparılıb
Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb.
Adalet.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
“Sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib. Arzu etdikləri təqdirdə onların müvafiq peşəyə yönəldilməsi istiqamətində də lazımi tədbirlərin görülməsi ilə bağlı işlər davam etdiriləcək.
İstintaq prosesi davam etdiyi üçün hadisənin detalları barədə əlavə məlumatın verilməsi zəruri hesab edilmir”, - deyə T. Mərdanoğlu bildirib.
Xatırladaq ki, 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H valideynlərini məlumatlandırmadan evdən çıxmış və 10 gün sonra polis əməkdaşları tərəfindən tapılmışlar. Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Digər Xəbərlər
06 Mart 2026 17:17
Gülçin Novruzlu itkin düşüb
06 Mart 2026 16:34
FHN Göyçayda kanalda batan şəxsi axtarır - VİDEO
05 Mart 2026 23:15
"Ədalət" qəzetinin əməkdaşı dünyasını dəyişdi
05 Mart 2026 14:29
Dronun məktəbin yaxınlığına düşməsinin GÖRÜNTÜLƏRİ
05 Mart 2026 14:26
İranın Naxçıvana hücumu nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB
05 Mart 2026 13:13
İranın dron hücumu nəticəsində xəsarət alan şəxslərin SON DURUMU
05 Mart 2026 12:56
Naxçıvan aeroportu hazırda - VİDEO
05 Mart 2026 12:39


Bakı -°C

