10 min il yaşı olan ayaq izləri
Arxeoloqlar Yuta ştatının Qreyt-Solt-Leyk səhrasında çoxlu sirli "kabus izlər" aşkar edib.
Bu barədə Kornell Universitetinin mətbuat xidmətindən xəbər verilib.
Onların sözlərinə görə, izlər yalnız yağışdan sonra görünür; onlar nəmlə dolur və tündləşir. Quruduqdan sonra yenidən yox olurlar.
Komanda bu ilin iyul ayında əvvəlcə bir neçə izə rast gəlib. Ancaq georadardan istifadə etməklə ətraf ərazinin hərtərəfli yoxlanılmasından sonra yetkin insanlara və beş yaşdan kiçik uşaqlara aid ən azı 88 ayaq izi müəyyən edilib.
"Kabus izlər" ən azı 10.000 il əvvələ aiddir. Bəzi alimlər isə ayaq izlərinin 12.000 il əvvəldən - son Buz Dövründən qala biləcəyi barədə fikir irəli sürüblər.
"İnsanlar, ehtimal ki, dayaz suda gəziblər. Qum tez bir zamanda onların izlərini doldurub, lakin qumun altında olan palçıq təbəqəsi onları qoruyub", - deyə alimlərdən biri düşüncələrini bölüşüb.
O da bildirilir ki, əvvəlki tədqiqat qrupu ayaq izlərinin tapıldığı yerin 2 km-də 12.000 il əvvələ aid ovçu-yığıcı düşərgəsi tapıb. Bu düşərgədə ayaq izlərini qoyan insanlar məskunlaşa bilərdi.
Hazırda arxeoloqlar tədqiqat işlərini davam etdirirlər.
Eminquey
Digər Xəbərlər
27 Yanvar 2026 19:00
Rusiyadan nüvə yanacağının alınmasına qadağa qoyulur
27 Yanvar 2026 18:43
Türkiyədən Suriyaya 600 min nəfər qayıdıb - Ərdoğan
27 Yanvar 2026 13:31
ABŞ-də donvurmadan ölənlərin sayı 34 nəfərə çatdı
27 Yanvar 2026 13:11
Aİ ilə Hindistan təhlükəsizlik və müdafiə paktı imzaladı
27 Yanvar 2026 12:55
Fransada 15 yaşdan kiçiklər üçün sosial media qadağan olundu
27 Yanvar 2026 10:41
Ərdoğan Ermənistana 10 milyon dollar maliyyə yardımı edib? - RƏSMİ CAVAB
26 Yanvar 2026 20:32
Şimal dənizində yeraltı karbon qazı anbarı yaradılır
26 Yanvar 2026 19:13


Bakı -°C

