adalet.az header logo
  • Bakı -°C
26 Iyul 2026 16:12
65
DÜNYA
A- A+

Avropa hələ Trampa təşəkkür edəcək - Stritinq

Gələcəkdə Avropa müdafiəsini öz üzərinə götürməyə məcbur etdiyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edəcək.

Adalet.az xəbər verir ki, bunu Britaniya müdafiə naziri Ues Stritinq deyib.

“Trampın dediklərini, metodlarını həmişə bəyənmirik. Amma mən səmimi qəlbdən inanıram ki, bu tarixi dövr yazıldıqda, Avropa arxayınlıqdan qurtardığına, öz ayaqlarımız üzərində möhkəm dayanmağımıza və müdafiə baxımından ABŞ-a həddindən artıq güvənməyimizə son qoyduğuna görə Prezident Trampa təşəkkür edəcək”, - nazir bildirib.