adalet.az header logo
  • Bakı -°C
26 Iyul 2026 16:26
72
İDMAN
A- A+

Azərbaycan seçməsi İslandiyaya böyük fərqlə uduzdu

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

Adalet.az xəbər verir ki, təmsilçimiz Xorvatiyada keçirilən qitə birinciliyində İslandiya yığması ilə qarşılaşıb.

Oyun Azərbaycan millisinin 56:95 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Yığmamız daha öncə Polşa millisinə 60:70 hesabı ilə yenilib, Ukraynanı isə (77:68) üstələyib. U-18 qrupda növbəti oyununu iyulun 28-də Bakı vaxtı ilə saat 12:30-da Portuqaliya seçməsinə qarşı keçirəcək.