102-ci baza Qafqazdan çıxarsa, Fransa və ABŞ... -TƏHLİL
Son 2 ildə Ermənistanın Rusiyaya qarşı mənfi münasibətini getdikcə şiddətlənməkdədir.
Ermənistan Baş naziri Paşinyan KTMT tədbirlərindən imtina etməklə atdığı bu addımını ölkəsinə Rusiyanın 1-ci dərəcəli düşməni olan ABŞ və Aİ ölkələrinin hərbçilərini dəvət etməklə, onlarla hərbi təlimlər keçirməklə davam etdirdi. Üstəlik, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etdi və münasibətlər dalana dirəndi. 2024-cü ilin əvvəlindən başlayaraq Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın boşaldılacağı ilə xəbərlər gündəmin ən müzakirəsi çox olan mövzulardan birinə çevrilib.
Hətta iki il əvvəl məşhur “Joğovurd” nəşri yazdı ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası yaxın illərdə fəaliyyətini dayandıra bilər.
Məhz bu fikirlərdən sonra "102" baza müzakirəsi genişləndi. Gündəmə çevrildi.
Ermənistan 102-ci bazanı çıxartmaqla nəyə nail olmaq istədiyini isə hərbi ekspert İqor Korotçenko Ermənistanın 102-ci bazanı Gümrüdən çıxarılmasını "ən mənfi ssenari" adlandıraraq yazır:"2024-cü ilin sonuna qədər - ən mənfi ssenari reallaşarsa - İrəvan Gümrüdəki Rusiya hərbi bazasını bağlamaq və orada Fransa hərbi bazasını yerləşdirməklə bağlı siyasi qərar qəbul edə bilər, eyni zamanda Ermənistandakı Rusiya sərhədçilərini də eyni aqibət gözləyir".
Ekspert Ermənistanın niyyətlərini şərh edərək "qorxularını" dilə gətirir:"Fransa hərbi bazasının ardınca Amerika aviabazası çox yaxında Erebunidə peyda ola, ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər".
Korotçenkonun fikirlərində həqiqət var. Müharibədən məğlub çıxmış Ermənistanın yeni nəsil Fransa silahları alması , təcili ölkəsinə gətirməsi Fransanın bu Qafqaz ölkəsində bazası olacağına net bir işarədir.
Daha sonra hərbi ekspert bu sözlərlə fikirlərini yekunlaşdırır:“Paşinyanın “Rusiya hərbi bazası məsələsi gündəmdə deyil” kimi məlum bəyanatlarına gəlincə, bu, sadəcə olaraq Rusiyanı qarmaqda saxlamaq istəyidir, İrəvanın Vaşinqton, Paris, Brüssellə razılaşdırdığı strateji dezinformasiya elementidir. Məqsəd mümkün iqtisadi sanksiyalar da daxil olmaqla, sərt cavab tədbirləri üçün Moskvanı vaxtından əvvəl təhrik etməməkdir”.
Kremlin qeyri-rəsmi dili olan hərbi ekspert İqor Korotçenko bu açıqlaması ilə deyəsən, Ermənistana sonuncu xəbərdarlığını çatdırdı. Yalnız qalır: 2008-ci ildə Rusiyanı görməzdən gəlib Avropa İttifaqının əmrlərini həyata keçirən Gürcüstan Prezidenti Mixail Saakaşvilinin ölkəsinin isti avqus günlərində yaşadıqlarını yaşamaq...
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Dekabr 2025 18:27
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşdü
20 Dekabr 2025 14:10
"Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik" - İbrahimoviç
20 Dekabr 2025 13:30
Azərbaycanla Monteneqro arasında Anlaşma Memorandumu imzalandı
19 Dekabr 2025 18:32
Özbəkistan prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
19 Dekabr 2025 17:15
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
19 Dekabr 2025 15:25
Zahid Oruc :“Avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır”
19 Dekabr 2025 13:47
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
19 Dekabr 2025 13:45


Bakı -°C

