20 Oktyabr 2025 20:02
95
İDMAN

"Qarabağ" İspaniyaya yola düşdü

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Atletik”lə qarşılaşacaq. 

Adalet.az xəbər verir ki, komandamız artıq bu gün İspaniyaya yola düşüb.

Qeyd edək ki, oktyabrın 22-si “San Mames” stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.