Zakir Həsənov Özbəkistana gedib, "Birlik-2025" təlimini müşahidə edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 20-də Özbəkistana səfərə gedib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər Özbəkistanın müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun dəvəti ilə baş tutub və Zakir Həsənov "Birlik-2025" təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Səmərqəndə səfər edib.
Qeyd olunub ki, nazir Səmərqənd şəhərində özbəkistanlı həmkarı ilə görüşüb. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin də iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud hərbi əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, həmçinin bu əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
20 Oktyabr 2025 19:12 Xələf Xələfov Abbas Araqçi ilə görüşdü
20 Oktyabr 2025 16:44 Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib
20 Oktyabr 2025 16:40 İlham Əliyev Qazaxıstana getdi - Tokayev qarşıladı + FOTOLAR
20 Oktyabr 2025 13:26 “Zəngilan işğal edildən sonra təxminən 45 min məcburi köçkün...”
20 Oktyabr 2025 12:52 Dünya böhran içində: Böyük dövlətlərə demokratiya maraqlı deyil - Səxavət Məmməd yazır
20 Oktyabr 2025 11:11 Davamlı inkişaf fonunda yeni hədəflər
20 Oktyabr 2025 09:30 “Azərbaycan və Qazaxıstan münasibətlərin yüksələn xətlə inkişafında maraqlıdır”
20 Oktyabr 2025 09:12 

Bakı -°C 






