20 Oktyabr 2025 18:34
90
İDMAN

U-23 dünya çempionatında güləşçilərimiz fərqlənib

U-23 dünya çempionatında Azərbaycan güləşçiləri çıxışlarını davam etdirir.

Adalet.az xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, yunan-Roma güləşi üzrə 63 kq çəki dərəcəsində Ziya Babaşov yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabıyla qalib gəlib. Daha sonra rusiyalı Dordji Şunqurtsikov (UWW) ilə görüşdə 1:1 hesabı ilə ilk xal prinsipinə əsasən üstün olan Babaşov yarımfinala yüksəlib. Yarımfinalda Ziya Babaşov türkiyəli Servet Angi ilə qarşılaşacaq.

77 kq çəki dərəcəsində Davud Məmmədov təsnifat mərhələsində macarıstanlı Levente Levaya 0:5 hesabıyla məğlub olub.

87 kq-da Laçın Vəliyev təsnifat mərhələsində iranlı Qulamreza Faruxisencaniyə 0:8 hesabıyla uduzub.

130 kq çəki dərəcəsində Ayxan Mərdanov çinli Şuanqyu Çenə “tuş”la qalib gələrək 1/4 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Aleksandr Melexova (UWW) 0:9 hesabıyla məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.