110 fələstinli məhbus azad edildi

Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində İsrail həbsxanalarından 110 fələstinli məhbus azad edilib.
Adalet.az xəbər verir ki, bu barədə Fələstinli Əsirlərin İşləri üzrə İnformasiya İdarəsi öz teleqram kanalında məlumat yayıb.
“Biz 110 fələstinlidən ibarət üçüncü məhbus qrupunun azad edildiyini elan etməkdən məmnunuq. Buraya 32 ömürlük, 48 uzunmüddətli məhbus və 30 azyaşlı uşaq daxildir”, - İdarənin bəyanatında deyilir.
Misirin “Əl-Qahirə əl-İxbariya” telekanalı bildirib ki, azad edilmiş azı 9 məhbus artıq Qəzza zolağına qayıdıb.
Digər Xəbərlər

Tramp Putinlə telefonla danışdı

Aİ missiyası sərhəddən nə vaxt gedəcək? - Mirzoyan AÇIQLADI

Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq olmaz

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan
