14 Mart 2025 17:34
147
DÜNYA

Aİ missiyası sərhəddən nə vaxt gedəcək? - Mirzoyan AÇIQLADI

"Aİ ilə onların müşahidə missiyasının mandatında hansı dəyişikliklərin edilməsini müzakirə edəcəyik".

Adalet.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında deyib. 

Nazirin sözlərinə görə, nə qədər ki, sülh sazişi imzalanmayıb, onlar sərhəddə qalacaqlar: "Nə vaxt ki, müqavilə imzalanıb ratifikasiya olunacaq, onda saziş qüvvəyə minəcək. Bu, sülhün bərqərar olması deməkdir. Onların funksiyası sülhü təşviq etməkdir. Biz Aİ tərəfdaşlarımızla mandata hansı dəyişikliklərin edilməsi, hansı digər əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparmalıyıq. Söhbət sərhəddə teleskopik müşahidədən gedir".