Putinlə danışan Tramp yox, müşaviri olub

Ağ Evin mətbuat katibi Karolin Levitt aydınlaşdırıb ki, Rusiya prezidenti Vladimir Putinlə danışan Amerika lideri Donald Tramp deyil, onun müşaviri Stiv Uitkoff olub.
Adalet.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
"Dünən sülh baxımından məhsuldar gün idi. Putinlə söhbət edən Stiv Uitkoff idi", - Levitt qeyd edib.
Bundan əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində Putinlə məhsuldar müzakirənin aparıldığını və Ukrayna münaqişəsinin nizamlanması üçün yaxşı şanslar barədə fikirlərini bildirmişdi. O, müzakirənin kim tərəfindən aparıldığını bildirməmişdi.
Digər Xəbərlər

Rusiyadan sülh sazişi üzrə danışıqların başa çatmasına MÜNASİBƏT

Türkiyənin ədliyyə nazirindən terrorçulara XƏBƏRDARLIQ

NATO sülh sazişi üzrə danışıqların başa çatmasını ALQIŞLADI

İŞİD-in Suriya və İraqdakı lideri öldürüldü

Tramp Putinlə telefonla danışdı

Aİ missiyası sərhəddən nə vaxt gedəcək? - Mirzoyan AÇIQLADI

Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq olmaz
