Türkiyənin ədliyyə nazirindən terrorçulara XƏBƏRDARLIQ

Türkiyə terrorçular silahı yerə qoyub təslim olacağı təqdirdə terrorsuz dövlət mərhələsinə qədəm qoyacaq.
Adalet.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Vanda çıxışı zamanı deyib.
O, terrorçulara xəbərdarlıq edərək rəsmi Ankaranın əks təqdirdə hüquqi müstəvidə mübarizə aparacağını bildirib:
“Min illik qardaşlığımıza vurulan xəncəri çıxarmaq vaxtıdır. İmperializmin içimizə səpdiyi bu nifaq toxumunu aradan qaldıraraq, birliyimizi gücləndirərək hamımız birlikdə terrordan azad bir Türkiyə quracağıq. Bizim buna böyük ümidlərimiz və inamımız var. Bu məsələdə dövlət başçımızn iradəsi çox güclüdür”.
Digər Xəbərlər

Rusiyadan sülh sazişi üzrə danışıqların başa çatmasına MÜNASİBƏT

Putinlə danışan Tramp yox, müşaviri olub

NATO sülh sazişi üzrə danışıqların başa çatmasını ALQIŞLADI

İŞİD-in Suriya və İraqdakı lideri öldürüldü

Tramp Putinlə telefonla danışdı

Aİ missiyası sərhəddən nə vaxt gedəcək? - Mirzoyan AÇIQLADI

Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq olmaz
