“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” - VİDEO
Bərdə rayonunda imtahandan qayıdan 12 yaşlı Hüseynxanlı Altay 45-50 yaşlarında iki kişi tərəfindən hücuma məruz qalıb.
Adalet.az xəbər verir ki, bu barədə Bakues.az məlumat yayıb.
Altayın anası Aydan Quliyevanın sözlərinə görə, imtahana gedən oğlu 17 may saat 16:00-17:00 radələrində tanımadıqları iki kişi tərəfindən fiziki zorakılıqla üzləşib: “Oğlum imtahandan qayıdanda Cəfər Cabbarlı küçəsində dostu və sinif yoldaşı ilə görüşərək bir az vaxt keçiriblər. Dostu oğlumu evə yola salmaq üçün küçəylə bərabər gələndə eyni yaşlarda olan bir uşaq onlara sataşıb. Oğlumu və dostumu söyüb, nalayiq əl hərəkəti edib. Oğlum həmin uşağa yaxınlaşaraq söyməyinin səbəbini soruşub. Uşaq oğlumu itələyib və şillə vurub. Oğlum da cavab olaraq ona şillə vurub. Evləri yaxınlıqda yerləşən uşaq qaçaraq, atasına xəbər verib. 52 yaşlı ata təxminən 40-45 yaşlı xalası oğlu ilə “Mersedes” markalı maşınla oğlumun dalınca düşüblər. Oğlumu saxlayandan sonra onun şillə vurub-vurmadığını soruşublar. Oğlum da “Hə, əmi, vurmuşam. Biz yolu keçəndə bizi söydü, sonra isə mənə əl atdı”, - cavabını verib.
Bundan sonra həmin şəxslər maşının qapısını açaraq, uşağımı tutmaq istəyəndə qaçıb. Onlar oğlumu əvvəl maşınla, sonra isə piyada Alaçadırlı kəndinə kimi qovalayıblar. Həmin şəxslərdən qaçan oğlum bir mağazaya girib. Lakin onlar oğlumu mağazadan zorla çölə çıxarıb, belinə və başına zərbələr endiriblər. Daha sonra isə zorla harasa aparmağa çalışıblar. Lakin kəndin sakinləri uşağımı onların əllərindən almağı bacarıblar”.
Valideyn qeyd edib ki, övladı yaşadığı bu hadisədən sonra qorxu içində yaşayır. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də əlavə edib: “Ölkəmizdə uşaq hüquqları qorunur. Ölkəmiz dərəbəylik deyil ki, hər yoldan keçən uşaqlara psixoloji travma yaşatsın. Oğlum evə çox pis vəziyyətdə gətirildi. Yekə kişilərin azyaşlı uşağı bu hala salması nə dərəcədə doğrudur?! Əgər uşağımın səhvi varsa, üzr istəməyə hazırıq. Lakin 40-50 yaşlı kişilərin 12 yaşlı uşağa bu cür qorxu yaşatması qəbuledilməzdir. Övladım hazırda qorxuyla yaşayır, gecə yatdığı yerdə qışqırır. Xahiş edirəm ki, uşağıma bu halı yaşadanlar öz cəzasını çəksin”.
Mövzuya aid videogörüntünü təqdim edirik:
Digər Xəbərlər
30 Aprel 2026 21:50
Lənkəranskinin adamı qiyabi həbs edildi
30 Aprel 2026 10:53
Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
29 Aprel 2026 18:00
Bakıda gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır
29 Aprel 2026 14:47
Azərbaycandan qaçan məktəb direktoru ölkəyə gətirildi
29 Aprel 2026 12:16
Abşeronda əməliyyat - Saxlanılanlar var - VİDEO
29 Aprel 2026 11:28
Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı
29 Aprel 2026 10:34
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər saxlanılıb
28 Aprel 2026 20:36


Bakı -°C

