Həmişə çempion olası deyilik - Qurban Qurbanov
“Neftçi”ni təbrik edirəm. Bu gün onlar çox istəkli idilər.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, rəqib müdafiədə yaxşı oynayıb: “Amma öz oyunçularımdan da razı qaldım. Məğlub durumda olanda belə, rəqibin üzərinə gedirdilər. Tribunalarda da əla atmosfer var idi. Son böyük hesablı qələbə oyunçularda arxayınçılıq yarada bilər. Çalışdıq ki, onlar bunu unutsunlar”.
Mütəxəssis çempion olmamalarını bir neçə səbəblə əlaqələndirib: “Məsələn, çempionata yaxşı hazırlaşmadıq. Əvvəlcədən liqanın gücünü bilmədik. Çempionlar Liqası da bizi çox yordu. Futbolçulara da başqa təkliflər oldu. Bu da motivasiyaya təsir etdi. “Sabah” da çox hazırlıqlı komandadır. Heç bir oyunda boşluq vermədilər. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik. İstənilər çempionatda bu hallar baş verir”.
Digər Xəbərlər
01 May 2026 00:04
FİFA İranla bağlı qərarını verdi
30 Aprel 2026 22:15
"Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirdi
30 Aprel 2026 18:19
Prezidentin güləşçilərlə görüşündən VİDEO
30 Aprel 2026 18:16
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
30 Aprel 2026 13:00
Azərbaycanın U-17 millisi Pakistan yığmasına qalib gəldi
30 Aprel 2026 12:45
"Bu ənənələri yaşadırıq" - İlham Əliyev
30 Aprel 2026 12:36
Prezident çempion olan güləşçiləri qəbul etdi - YENİLƏNİB + FOTOLAR
30 Aprel 2026 11:30


Bakı -°C

