“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etməyə hazırlaşır
“AzerGold” QSC ilk dəfə olaraq yerli xammaldan hazırlanmış, 999,9 əyarlı gümüş külçələri bazara təqdim etməyə hazırlaşır. Məhsulların istehsal prosesinə artıq başlanılıb.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr, marketinq və korporativ sosial məsuliyyət şöbəsinin müdiri Ariz Tarverdiyev deyib. Onun sözlərinə görə, ilkin mərhələdə gümüş külçələr 250, 500 və 1000 qram çəkidə təqdim olunacaq. Növbəti mərhələdə isə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınaraq müxtəlif çəkilərdə yeni məhsul növlərinin istehsalı planlaşdırılır.
“Son illərdə yaşıl enerji texnologiyalarında, günəş panelləri və elektronika sənayesində gümüşdən istifadənin genişlənməsi bu metalın qlobal dəyərinin artmasına səbəb olub. Beynəlxalq bazarlarda gümüşə marağın yüksəlməsi ona investisiya aləti kimi tələbatı da artırıb”.
Milli məhsulun istehsalı ilə yerli qiymətli metallar bazarının inkişafına töhfə verməsi, həmçinin əhali və investorlar üçün etibarlı alternativ investisiya vasitəsinə çevrilməsi hədəflənir.
Digər Xəbərlər
25 May 2026 10:26
Dolların qlobal sistemdə gücü zəifləyə bilər - İqtisadçı
23 May 2026 17:21
Braziliya ətinə qadağa: Hansı qərar veriləcək? - VİDEO
22 May 2026 10:55
"Bitcoin" yenidən ucuzlaşdı
21 May 2026 13:30
Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ
21 May 2026 11:10
“Bu sahədə hələ tam istədiyimiz zirvəyə çatmasaq da...”
20 May 2026 21:07
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
20 May 2026 11:17
Apreldə 174 minə yaxın insan aylıq sosial müavinət alıb
20 May 2026 10:24


Bakı -°C

