Dolların qlobal sistemdə gücü zəifləyə bilər - İqtisadçı
“ABŞ Federal Ehtiyat Sistemində rəhbərlik dəyişdi. Cerom Pauell dövrü başa çatdı, Kevin Vorş yeni rəhbər kimi vəzifəyə başladı. Maraqlıdır ki, Donald Tramp illərlə Pauellə açıq mübarizə aparırdı. Faizlərin yüksək saxlanmasına görə onu dəfələrlə tənqid edir, iqtisadiyyatı daraltdığını deyirdi. Hətta müəyyən dövrlərdə istefa verməsi üçün siyasi təzyiq edirdi”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, indi isə həmin Tramp yeni rəhbərin andiçmə mərasimində yeni FED rəhbərinə deyir ki, müstəqil işləyin, qərarlarınızı sərbəst verin, mənə baxmayın:
“Düzü, bu ritorika mənə heç də səmimi görünmür. Çünki FED-in müstəqilliyi tribunalarda quru sözdə deyil, siyasi maraqlara zidd qərar verə bilməsilə ölçülür. Cerom Pauellin məhz qısamüddətli siyasi rahatlıq yox, uzunmüddətli maliyyə sabitliyi məntiqi ilə hərəkət etməyə çalışırdı. İnflyasiya ilə mübarizədə sərt qərarlar verdi, bazarın xoşuna gəlməyən addımlar atdı, amma FED-in institusional ağırlığını qorumağa çalışdı.Yeni rəhbər Kevin Vorş isə ilk çıxışında daha çox optimist mesajlar verdi. Dedi ki, inflyasiya azalacaq, gəlirlər artacaq, iqtisadiyyat daha güclü olacaq.Bu cümlələr siyasət üçün çox rahat və cəlbedici səslənir. Amma maliyyə sistemi populyar olmayan qərarlar hesabına ayaqda qalır, belə boş vədlərlə yox.Əlqərəz, məncə, Cerom Pauell indiki rəhbərdən daha güclü və daha sərt institusional fiqur idi. ABŞ dollarının və FED-in uzunmüddətli etibarı üçün də daha doğru yanaşma sərgiləyirdi.Yeni yanaşmanın isə orta və uzun müddətdə ABŞ maliyyə sistemi üçün Pauell dövründən daha uğurlu nəticə verəcəyini düşünmürəm. Bunu da zaman göstərəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 May 2026 17:21
Braziliya ətinə qadağa: Hansı qərar veriləcək? - VİDEO
22 May 2026 10:55
"Bitcoin" yenidən ucuzlaşdı
21 May 2026 13:30
Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ
21 May 2026 11:10
“Bu sahədə hələ tam istədiyimiz zirvəyə çatmasaq da...”
20 May 2026 21:07
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
20 May 2026 11:17
Apreldə 174 minə yaxın insan aylıq sosial müavinət alıb
20 May 2026 10:24
"Qanunsuz tikililər üçün edilən amnistiya sosial qayğıları həll etsə də..." - Mikayıl Cabbarov
20 May 2026 10:19


Bakı -°C

