“Bakı-Tbilisi xətti regionun iqtisadi və sosial inteqrasiyası baxımından...”
“26 maydan Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası barədə razılığa gəlinməsi birmənalı şəkildə sevindirici xəbərdir. Birinci növbədə insanların ailə əlaqələri möhkəmlənəcək. Xüsusilə vaxtilə Gürcüstanda yaşayıb sonradan Azərbaycanda həyat qurmuş soydaşlarımız, eləcə də ailə üzvləri və yaxınları Gürcüstanda yaşayan insanlar üçün bu marşrut böyük əhəmiyyət daşıyır. Uzun illərdir tez-tez gedib-gəlmək məcburiyyətində qalan insanlar üçün bu xətt ciddi rahatlıq yaradacaq”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, bu, turizm və biznes səfərləri baxımından da vacib addımdır:
“Bu gün hava nəqliyyatının qiymətləri bir çox insan üçün ciddi yükə çevrilib. Qatar isə daha münasib, rahat və əlçatan nəqliyyat vasitəsidir. Xüsusilə orta gəlirli insanlar üçün bu marşrut uzun müddətdir gözlənilən ehtiyac idi. Bakı-Tbilisi xətti regionun iqtisadi və sosial inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Orta Dəhliz üzərində əlaqələndirici rolun güclənməsi, Azərbaycan və Gürcüstanın tranzit və bağlantı imkanlarının genişlənməsi baxımından bu addım strateji xarakter daşıyır”.
E.Əmirovun sözlərinə görə, dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması ticarətə, xidmət sektoruna və regionda ümumi hərəkətliliyə də müsbət təsir göstərəcək:
“Yollar açıldıqca ölkələr və insanlar daha sıx inteqrasiya olunur. Daha bir vacib məqamı da qeyd edim. Uzun illərdən sonra bu marşruta marağın və tələbin çox yüksək olacağı aydın məsələdir. Amma tələbin yüksəkliyi bilet qiymətlərinin süni şəkildə artırılmasına və müxtəlif əsaslandırmalarla yüksək tariflərin tətbiqinə yol açmamalıdır.Odur ki, ümid edirəm ki, qiymət siyasəti də insanların gözləntilərinə uyğun və əlçatan olacaq. Çünki bu qatarı ən çox gözləyənlər təyyarə biletlərinə imkanı olmayıb ucuz nəqliyyata ehtiyac duyan insanlar idi. Qatar sevincinin davamlı olması üçün bilet qiymətləri insanların bu imkandan rahat şəkildə yararlanmasına maneə yaratmamalıdır.Və nəhayət… Bu xəbərə səmimi şəkildə sevindim. Təşəbbüs göstərənlərə, qərarı dəstəkləyənlərə, prosesin qarşısında maneə yaratmayanlara və bu açılışa razılıq verən rəhbər şəxslərə təşəkkür edirəm. Azərbaycan insanının, iqtisadiyyatının və sosial həyatının buna ehtiyacı var idi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Iyun 2026 12:33
Bu məhsullar bahalaşdı
11 Iyun 2026 12:15
Muzdla çalışan şəxslərin sayı nə qədərdir?
11 Iyun 2026 10:21
“Bu fərman da regionların iqtisadi potensialının daha dolğun reallaşdırılmasına...”
10 Iyun 2026 13:30
Azərbaycan Panamadan ananas alışını 27 dəfə artırıb
10 Iyun 2026 12:09
Azərbaycanın xarici dövlət borcu azalıb
10 Iyun 2026 10:14
“Bu qərar həmin sahibkarlarının daxili bazara inteqrasiyasını daha da gücləndirə bilər”
09 Iyun 2026 12:57
Nazir büdcədə neftin qiymətindən danışdı
09 Iyun 2026 12:20


Bakı -°C

