Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
Adalet.az xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
*** 15:58
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
Adalet.az xəbər verir ki, bu ölkəyə 10 vaqon buğda tədarük olunacaq.
Qatar saat 18:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Digər Xəbərlər
23 Iyun 2026 11:21
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - Şahmar Mövsümov
23 Iyun 2026 11:06
Onlar 50% miqdarında ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər
22 Iyun 2026 12:31
Bir qəpiyə satılan yumurtalar SAXTA olub? - RƏSMİ AÇIQLAMA
22 Iyun 2026 11:57
"Dövlət Proqramı 5 məqsədi və 86 konkret tədbiri əhatə edir" - Nazir müavini
22 Iyun 2026 10:25
Bu il Azərbaycan nə qədər qızıl ixrac edib? - AÇIQLAMA
21 Iyun 2026 12:00
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərildi
20 Iyun 2026 12:42
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
19 Iyun 2026 11:44


Bakı -°C

