adalet.az header logo
  • Bakı -°C
23 Iyun 2026 18:56
86
SİYASƏT
A- A+

Numan Kurtulmuş Azərbaycana gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Azərbaycanda səfəri başlayıb.

Adalet.az xəbər verir ki, bu barədə TBMM-nin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Onu müşayiət edən parlament heyəti Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə təşkil ediləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıya çatıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Anar Məmmədov və Türkiyənin Bakıdakı səfiri Birol Akgün qarşılayıb.