adalet.az header logo
  • Bakı -°C
23 Iyun 2026 20:10
67
HADİSƏ
A- A+

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda TAPILDI

Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a bildirilib ki, tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.

Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.