adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Iyun 2022 12:56
762
MARAQLI

14 yaşında Nobel mükafatçısı olan qız kimdir?

Özünü və haqqını müdafiə etmək hər bir insanən təbii hüququdur. Kimlərsə ədalətsizliyə boyun əyməklə qurtulacağını sanırsa səhv edir. Bu dəfə uşaqlığı təhlükələr içində keçməsinə baxmayaraq cəsarətinə görə dünyada məhşurlaşan Pakistanlı qızdan danışacağam. Beləliklə 2008-ci ildə, Taliban Pakistanın ucqar hissələrindən biri olan Svat vadisini ələ keçirir. Ələ keçirdikdən dərhal sonra radikal İslam birliklərini həmin bölgəyə göndərir. Televizor, film, qadağan edilir, qadınların yanında kişi olmadan küçəyə çıxmasına və qız uşaqlarının məktəbə getməsinə qadağa qoyulur.

 Lakin 2009-cu ildə 11 yaşındakı pakistanlı bir qız uşağı, Malala Yuosafzai məktəb qadağası aleyhinə danışmağa, adsız bloqlar yazmağa başladı. Həm özünün, həm də atasının həyatını riskə ataraq, məktəbə getməyə davam edirdi. Yaxın kəndlərdəki konfranslara qatılır, internetdə “Taliban mənim məktəb həyatımı necə əlimdən ala bilər” deyə araşdırma edirdi.​

​ ​ 2012-ci ildə, 14 yaşında ikən məktəbdən evə qayıdanda üzündən vuruldu.Maskalı Taliban əsgəri əlində silahla avtobusa minib, “Malalanın kim olduğunu deməsəniz, hamınızı öldürəcəm!” dedi.​ Malala özünü təqdim etdi və adam qızı digər sərnişinlərin gözü önündə vurdu.

Malala komaya girdi, az qala öləcəkdi… Əgər Malala, həyatda qalsa, Taliban həm qızı, həm də atanı öldürəcəyini açıqladı.

Amma Malala hələ də həyatdadır. Müsəlman ölkələrindəki şiddət və təzyiqdən danışır. Kitabları ən çox satılanlar siyahısındadır və 2014-cü ildə çabaları sayəsində Nobel Sülh Mükafatına layiq görülüb. Üzündən vurulması, ona əvvəlkindən daha çox cəsarət verdi və təbii ki, izləyənlərinin sayını artırdı.

Qeyd edək ki, 2015-ci ildə Məlalə suriyalı qaçqın qızlar üçün Livanda məktəb açdırıb. Bir bacısı və iki balaca qardaşı olan Məlalə yaratdığı fond (malalafund.org) vasitəsilə ehtiyacı olan qızlara təhsil almaları üçün yardım göstərir.

​ Malala, “mənim əlimdən gələn bir şey yoxdur”, “başqa seçimim yoxdur” deyərək, edilən təzyiqlərə boyun əyib, təhsildən boyun qaçıra bilərdi, amma tam əksini seçdi…

​ ​Nəticə olaraq bir qız uşağının həyat mücadiləsi də bir daha sübut edir ki, haqlı olduğun zaman mübarizədən qalmamaq lazımdı. Gec və ya tez haqq nahaqqa qalib gələcək...

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ