“Çin istehsalı olan elektrik avtomobillərə yüksək tariflər tətbiq edirlər”
“Dünya mediası Çin lideri Si Cinpinin Amerika Birləşmiş Ştatlarına səfərinin və Prezident Donald Trampla müzakirələrinin yekunlarını analiz edən məqalələr yayımlayıb. Ümumi mənzərə belədir: Si Cinpin Vaşinqtonda yüksək səviyyədə qarşılandı, ABŞ Prezidenti Donald Tramp qonağını hava limanında qarşıladı ki, bu ölkə tarixində qeyri-adi hadisədir. ABŞ-yə səfər edən rəsmilər adətən Prezident tərəfindən Ağ Evin qapısında qarşılanır. Tramp Si Cinpin üçün istisna qarşılanmaya qərar verdi. Bununla Tramp Çin liderinin şəxsinə hörmətini nümayiş etdirdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, iki ölkənin lideri bir-birinin ünvanına tərifllər söyləsələr də, səfər zamanı fikir ayrılığı yaradan mövzularla bağlı razılaşma əldə olunmayıb:
“ABŞ Tayvana hərbi texnika satmaq siyasətindən imtina etmək fikrində deyil, bu Donald Trampın səlahiyyətində də deyil. Tayvanın silahlandırılması məsələsində son söz Konqresə məxsusdur. ABŞ qanunvericilərinin əksəriyyəti isə Çinin siyasətinə tənqidi yanaşır və Tayvana hərbi dəstəyin davam etdirilməsi qənaətindədir. Tramp sadəcə, Tayvana hərbi texnika satışını müvəqqəti dayandıra bilər. Bunun qarşılığında Pekin Vaşinqtonun istəyi əsasında İrana dəstəkdən imtina etməyəcək. Təsadüfi deyil ki, Vaşinqtonda İranla bağlı şifahi razılaşma əldə olunmayıb. Si Cinpin sadəcə onu deyib ki, o müharibənin əleyhinədir və ABŞ-la İran arasında danışıqların davam etdirilməsini dəstəkləyir”.
Politoloqun sözlərinə görə, Donald Tramp Çinə yüksək gömrük vergilərinin tətbiqini müvəqqəti dondurub:
“Ancaq bu məsələ də hələ həll olunmayıb. Si Cinpin azad ticarətin tərəfdarıdır. Donald Tramp isə hesab edir ki, Çinlə ABŞ arasında ixdal ixrac əməliyyatlarından əmələ gələn gəlir bərabərləşməlidir. Çin Amerikaya daha çox məhsul satdığından gəlirlərin bərabərləşməsi çətindir. 2004-cü ildə Çinin istehsal həcmi ABŞ-ınkının yarısı qədər idi; iyirmi il sonra isə bu rəqəm ikiqat artıb. Bu, məqsədyönlü və davamlı siyasətin nəticəsidir. Ümumilikdə Çinin ticarət profisiti 1,2 trilyon dollara çatıb ki, bu da tarixdə hər hansı bir ölkə tərəfindən qeydə alınan ən böyük göstəricidir.Vaşinqtonla Pekin arasında ticarətin necə aparılmasıyla bağlı razılaşma əldə edilməyənə görə də, Pekin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırıb. Çinin bu qərarı ABŞ-la yanaşı qonşu və Avropa ölkələrinə də aiddir. Bu ölkələr Çinin nadir torpaq elementlərinin ixracının məhdudlaşdırılmasını Pekinin təzyiqi kimi qiymətləndirirlər. Təsadüfi deyil ki, sentyabrın əvvəlində ABŞ-nin ev sahibliyi etdiyi “Böyük iyirmilərin” maliyyə nazirlərinini görüşündə Çinin kritik iqtisadi və geosiyasi məsələlərdəki tərəddüdləri səbəbindən birgə bəyanat barədə razılıq əldə olunmayıb. Bu arada, Çin istehsalı olan elektrikli avtomobillərə qarşı hazırda qurulan tarif səddi, demək olar ki, heç bir digər məsələdə həmfikir olmayan siyasi sistemləri və iqtisadi modelləri əhatə edir. ABŞ, İndoneziya, Hindistan və digər dövlətlər Çin istehsalı olan elektrik avtomobillərə yüksək tariflər tətbiq edirlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
28 Noyabr 2026 19:37
Hər gün bir - birindən ağır...
26 Noyabr 2026 18:14
28 istiqamətdə sıxlıq var - SİYAHI
26 Noyabr 2026 09:10
Bu yollarda tıxac var - SİYAHI
25 Noyabr 2026 18:08
Hazırda bu yollarda sıxlıq var - SİYAHI
25 Noyabr 2026 17:53
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi - VİDEO
25 Noyabr 2026 08:43
Bu yollarda TIXAC VAR - SİYAHI
24 Noyabr 2026 10:04
Bakıda yeni quraşdırılacaq işıqforlar bu qaydada çalışacaq - FOTOLAR
24 Noyabr 2026 08:41


Bakı -°C

