adalet.az header logo
  • Bakı -°C
29 Sentyabr 2026 10:46
68
DÜNYA
A- A+

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

Sentyabrın 30-da ABŞ-nin Tennessi ştatında 1995-ci ildə sinif yoldaşını öldürdüyünə görə məhkum edilmiş Krista Paykın edamı baş tutmalıdır.

Adalet.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Tennessi qubernatoru Bill Li dünən qadının əfv olunması ilə bağlı vəsatəti rədd edib.

Əgər ölkənin Ali Məhkəməsi hökmün icrasını dayandırmasa və edam baş tutsa, 50 yaşlı Krista Payk Tennessi ştatında son 200 il ərzində edam edilən ilk qadın olacaq.

Krista cinayəti 18 yaşı olarkən törədib. Həmin vaxt o, 17 yaşlı sevgilisi ilə birlikdə 19 yaşlı Kollin Slemmeri öldürüblər. Qətlin qəddarlığı, onunla əlaqəli şəxslərin yaşının azlığı, həmçinin qurbanın bədənində şeytan simvolunun cızılması bu işin geniş rezonansa səbəb olması ilə nəticələnib.

1996-cı ildə Payk birinci dərəcəli qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib və bununla da ABŞ-nin müasir tarixində ölüm cəzasına məhkum edilmiş ən gənc qadın olub.

Qeyd edək ki, ABŞ-də qadın məhkumların edam edilməsinə kifayət qədər nadir hallarda rast gəlinir. 2021-ci ildə federal hökumət Liza Montqomerini edam edib ki, bu da ABŞ hökumətinin təxminən 70 il ərzində ilk dəfə qadını edam etməsi halı olub. 2015-ci ildə Corciya ştatında da qadının edam edilməsi faktı qeydə alınıb. 2023-cü ildə isə Missuri ştatında ABŞ tarixində ilk dəfə olaraq transgender qadın edam olunub.