147 milyon manatlıq narkotik vasitə məhv edildi
İyunun 11-də hüquq-mühafizə orqanları tərəfindən dövriyyədən çıxarılmış, barələrində məhvetmə qərarı qəbul olunmuş maddi sübutların tam həcmdə məhv edilməsi ilə əlaqədar 1446 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş narkotik vasitələr aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
Adalet.az xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə 5 ton 155 kiloqram müxtəlif növ narkotik vasitə (526 kiloqram heroin, 4 ton 135 kiloqram marixuana, 109 kiloqram tiryək, 164 kiloqram həşiş, 1 kiloqram kokain, 220 kiloqram), 140 min 620 həb və psixotrop maddə (137 min 455 ədəd həb, 3165 ədəd həb psixotrop maddə), eləcə də 13 min 367 çətənə bitkisi yandırılıb.
Məhv edilən narkotik vasitələrin qara bazarda qiyməti 147 milyon manat təşkil edir.
Digər Xəbərlər
27 Iyul 2026 17:22
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
27 Iyul 2026 12:56
Laçında 1 ton 200 kq çətənə kolu məhv edildi
27 Iyul 2026 10:45
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı
25 Iyul 2026 16:36
Polis axtarışda olan 106 nəfəri tutdu
22 Iyul 2026 18:00
Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən gənc saxlanıldı - VİDEO
20 Iyul 2026 10:30
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb
18 Iyul 2026 18:47
1 tondan çox çətənə kolu məhv edildi
16 Iyul 2026 18:10


Bakı -°C

