"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxundu
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov 15, Ələsgər Məmmədli 14, Ruslan İzzətli 15, Ramil Babayev 13, Əli Zeynalov 14, Müşfiq Cabbarov 13, İlkin Əmrahov 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Adalet.az "Report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, dövlət ittihamçısı Akif Qurbanovun 16, Ələsgər Məmmədlinin 15, Ruslan İzzətlinin 16, Ramil Babayevin 14, Əli Zeynalovun 15, Müşfiq Cabbarovun 14, İlkin Əmrahovun 14, Fərid İsmayılovun 13, Elmir Abbasovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Həmçinin o, təqsirləndirilən Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəmişdi.
Qeyd edək ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Digər Xəbərlər
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39
7 il əvvəlki cinayətin üstü açıldı - Tanışını öldürüb, meyitini su quyusuna atıbmış
21 Sentyabr 2026 09:44
Azərbaycanda yeni hüquqi platforma yaradıldı
18 Sentyabr 2026 15:25


Bakı -°C

