15 yaşlı yeniyetmənin qətlinin TƏFƏRRÜATI - VİDEO
Bakının Yasamal rayonunda baş vermiş qətl hadisəsinin detalları məlum olub.
Adalet.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Abbas Mirzə Şərifzadə küçəsi, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətində qeydə alınıb.
Məlumata görə, 14 yaşlı yeniyetmə mübahisə zamanı 15 yaşlı tanışına bıçaqla xəsarət yetirib. Sakinlərin sözlərinə görə, hadisə yeniyetmələr zarafatlaşarkən baş verib. Belə ki, zərbə yeniyetmənin şah damarına tuş gəlib. Yaralı xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər Xəbərlər
05 Dekabr 2025 16:11
DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
05 Dekabr 2025 10:04
Tulin Ələkbərova tələbəsi ilə birlikdə saxlanıldı
04 Dekabr 2025 20:07
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı - BİRGƏ MƏLUMAT
04 Dekabr 2025 18:36


Bakı -°C

