159 nömrəli marşrutla bağlı QƏRAR
Bakının Binəqədi rayonun Çiçək qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən 159 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə müsabiqənin qalibi hüquqi şəxs “Sahil" MMC olub.
Bu barədə Adalet.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Digər Xəbərlər
06 Noyabr 2026 00:21
Leyla və Alyona Əliyevalar qayğıya ehtiyacı olan uşaqlarla - FOTOLAR
05 Noyabr 2026 20:13
“Zəfər arzuları” adlı sosial aksiya keçirilib
05 Noyabr 2026 13:02
Uşağa qulluğa görə müavinət almaq hüququ yeni qaydada müəyyənləşəcək
05 Noyabr 2026 12:17


Bakı -°C

