16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
Sabirabadda qeyri-rəsmi nikahda olduğu 16 yaşlı arvadı Nuranə Ələkbərovanı boğub öldürdükdən sonra Kür çayına atan Seyidrəsul Talıbzadənin cəzası ağırlaşdırılıb.
Adalet.az xəbər verir ki, bununla bağlı Şirvan Apellyasiya Məhkəməsi yeni hökm çıxarıb.
Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Seyidrəsul Talıbzadə ilə bağlı çıxardığı 10 il 6 aylıq azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Şirvan Apellyasiya Məhkəməsinin yeni hökmunə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlqıdan məhrum edilib.
Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsində cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətinə, əməlin xarakterinə və ictimai təhlükəliliyinə uyğun cəza həddi düzgün qiymətləndirilməyib. Məhkəmə belə qənaətə gəlib ki, Nuranə Ələkbərovanın qətli zamanı Seyidrəsulun xüsusi plan hazırlaması, sonuncunun yalvarışlarına baxmayaraq, amansız rəftar edərək 20 dəqiqə müddətində onu boğması, daha sonra cinayətin əməlini gizlətmək üçün arvadını Kür çayına atması təqsirləndirilən şəxsin daha qəddar və amansız olmasını göstərir. Və onun bu davranışları cəza təyin olunarkən nəzərə alınmalı idi.
Qeyd edək ki, hadisə ötən ilin mayında qeydə alınıb. Rəsmi məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazidə aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürüb və meyitini suya atıb.
2024-cü ilin oktyabrında isə Seyidrəsulla Nuranənin Şirvanda “Ağsaray” restoranında toyu baş tutub. Həmin vaxt Nuranənin 15 yaşı olub.
Digər Xəbərlər
30 Aprel 2026 21:50
Lənkəranskinin adamı qiyabi həbs edildi
30 Aprel 2026 10:53
Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
29 Aprel 2026 18:00
Bakıda gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır
29 Aprel 2026 14:47
Azərbaycandan qaçan məktəb direktoru ölkəyə gətirildi
29 Aprel 2026 12:16
Abşeronda əməliyyat - Saxlanılanlar var - VİDEO
29 Aprel 2026 11:28
Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı
29 Aprel 2026 10:34
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər saxlanılıb
28 Aprel 2026 20:36


Bakı -°C

