2 nəfərin içində olduğu avtomobil çaya düşərək batıb - VİDEO
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.
FHN-dən Adalet.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış “VAZ-2106” markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.
Digər Xəbərlər
14 Sentyabr 2026 18:36
Bakıda yeniyetmənin müəmmalı ölümündə “Roblox” izi - Baş Prokurorluqdan çağırış
14 Sentyabr 2026 17:54
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
14 Sentyabr 2026 17:13
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
14 Sentyabr 2026 16:25


Bakı -°C

