adalet.az header logo
  • Bakı -°C
14 Sentyabr 2026 20:00
37
AVTOMABİL
A- A+

 Yollarda sıxlıqdı...

Artıq sentyabrın 14- dən metronun " 28 may" stansiyasından çıxıb avtobuslarla " Elmlər akademiyasına" getmək müşkül bir işə çevrilib. Filologiya elmləri doktoru, professor Şahbaz Musayev deyir ki, bu gün( yeni sentyabrın 14-də) Milli Elmlər Akademiyasına işə gedərkən  avtobusdan istifadə  edib.

Orda bir sıxlıq olub ki, gəl görəsən! Belə ki, avtobusun  salonunda ayaq qoymağa yer tapılmayıb. Professor bir təhər işə çatıb. Onda görün sentyabrın 15- də vəziyyət necə olacaq? Hər halda durum o qədər də yaxşı olmayacaq! Metroda dərslər başlayanda həmişə sıxlıq olub. Yəqin bu dəfə də belə anlar gözlənilir! Yaşlı, xəstə adamların həmin  sıxlıqsa hansı çətinliklər çəkdiyini təsəvvür eləmək bir  o qədər də   müşkül deyil.

Üstəlik də, metronun tam gücü ilə işləməməsi yerüstü nəqliyyatın üzərinə böyük məsuliyyət qoyur! Amma görünən odur ki, yerüstü nəqliyyat bu problemlərin öhdəsindən tam gələ bilməyəcək! Çünki metrodan çıxan sərnişin axının öhdəsindən avtobuslar gələ bilməyəcək.Başqa sözlə demiş olsaq, avtobuslarda görünməmiş sıxlıq yaranacaq . Dediyimiz problemləri aradan qaldırmaq üçün AYNA qabaqlayıcı tədbirlər həyata keçirməlidir! Yəni xətlərə əlavə avtobuslar buraxılmalıdır. Hər halda bu məsələlərin həllində metropolitenlə AYNA birgə fəaliyyət göstərməlidir. Əks təqdirdə metrodan çıxıb avtobuslara əyləşərək digər stansiyalara gedən sərnişinlər  çox çətin anlar yaşayacaq!!!

Emil FAİQOĞLU