2 şagirdi bıçaqlayan yeniyetmə tutuldu

Abşeron rayonu Xırdalan şəhərində 2 yeniyetməni bıçaqlayan şəxs tutulub.
Adalet.az xəbər verir ki, Mirzə İbrahimov küçəsində 16 yaşlı H.Ə. və 15 yaşlı R.Ə.-ni bıçaqlayan şəxsin 2008-ci il təvəllüdlü M.M. olması müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə o saxlanılıb.
15 yaşlı M.M. barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisənin iştirakçısı olmuş şəxslərin 3-ü də orta məktəb şagirdidir.
Digər Xəbərlər

Son beş ildə aşkarlanan narkotik vasitələrin sayı açıqlandı

Daşkəsəndə polis çətin relyef şəraitində əməliyyat keçirdi - VİDEO

Keçmiş arvadı ilə mübahisə edən ər qayınını və baldızını bıçaqladı

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

Arvadını öldürdü, sonra intihar etdi - Sumqayıtda dəhşət

Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI

Məktəbli qətlə yetirildi: Sinif yoldaşı saxlanıldı - YENİLƏNİB
