20 bəndlik sülh planı bu gün də müzakirə ediləcək
Dekabrın 14-də Berlində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar beş saatdan çox davam edib. Danışıqlar dekabrın 15-i səhər davam edəcək.
Adalet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.
Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkov və Trampın kürəkəni Cared Kuşner iştirak edib. Görüşə Almaniya kansleri Fridrix Merz və Avropadakı Müttəfiq Qüvvələrinin komandanı, ABŞ generalı Aleksus Qrinkeviç də qatılıb. Tərəflər 20 maddəlik sülh planının məzmununu müzakirə ediblər.
Danışıqlardan sonra Stiv Uitkov əhəmiyyətli irəliləyiş olduğunu açıqlayıb: "Nümayəndələr 20 bəndlik sülh planı, iqtisadi məsələlər və digər mövzular üzrə ətraflı müzakirələr aparıblar. Əhəmiyyətli irəliləyiş əldə edilib və onlar sabah səhər yenidən görüşəcəklər".
Digər Xəbərlər
29 Yanvar 2026 18:56
Ərdoğanla Mirziyoyev görüşdü
29 Yanvar 2026 17:10
İrandakı etirazlarda öldürülənlərin siyahısı açıqlanacaq
29 Yanvar 2026 14:38
Argentina prezidenti keçmiş sevgilisi ilə səhnədə - VİDEO
29 Yanvar 2026 14:31
Kreml İranla bağlı çağırış etdi - "Təmkinli olun!"
29 Yanvar 2026 13:50
Fabrikdəki güclü partlayış yaşayış binalarına sıçradı - VİDEO
29 Yanvar 2026 13:01
"Lukoil" aktivlərinin satışı ilə bağlı ABŞ şirkəti ilə razılaşdı
29 Yanvar 2026 12:40
ABŞ-də 73 nəfər donaraq öldü
29 Yanvar 2026 11:54


Bakı -°C

