"2026-cı il möhtəşəm olacaq!" - Mask
Amerikalı milyarder İlon Mask 2025-ci ildə Ağ Evlə ictimai münaqişəsindən bəri ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya ilə ilk şam yeməyinə qatılıb.
Adalet.az xəbər verir ki, iş adamı görüşün fotosunu "Facebook"da paylaşıb.
O, fotoya "2026-cı il möhtəşəm olacaq!" şərhini qeyd edib.
Fotoda Maskın Tramp və həyat yoldaşı ilə eyni masada oturduğu görünür. Ehtimal olunur ki, şam yeməyi ABŞ prezidentinin ailəsinin Yeni il tətillərini keçirdiyi Mar-a-Lago malikanəsində baş tutub.
Xatırladaq ki, Mask və Tramp arasında mübahisə iş adamının dövlət vəzifəsindən getməsindən sonra başlayıb. Milyarder hətta Ağ Evin federal xərclərin azaldılmasına yönəlmiş qanun layihəsini "iyrənclik" adlandırıb.
Digər Xəbərlər
26 Yanvar 2026 09:46
Bu ölkənin vətəndaşları Trampı təhlükə kimi görür
26 Yanvar 2026 09:10
V. Zelenski: "Sovet Moskvası" və "imperialist Peterpurq "- Avropanın əsas düşmənləridirlər"
26 Yanvar 2026 09:09
ABŞ və Ukrayna Donbassda neytral qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edib
26 Yanvar 2026 09:05


Bakı -°C

