adalet.az header logo
  • Bakı -°C
26 Yanvar 2026 09:03
73
DÜNYA
A- A+

Çin əhalisinin sayı azalır

Çində əhalinin sayı ardıcıl olaraq dördüncü ildir azalır. 2025-ci ildə bu göstərici 3 milyon 390 min azalaraq 1 milyard 405 milyona düşüb.

Adalet.az ölkənin Milli Statistika Bürosuna istinadən  xəbər verir ki, ötən il Çində 7 milyon 920 min uşaq doğulub. 

Bu, son onilliklərdə qeydə alılnmış ən aşağı göstəricidir. Ölüm halları isə 2024-cü ildə olduğundan yüksək olub – 11 milyon 310 min. 

Çin əhalisinin sayı son 60 ildə ilk dəfə 2022-ci ildən azalmağa başlayıb. Həmin il azalma 850 min, növbəti iki ildə isə ümumilikdə 3 milyondan çox olub.