adalet.az header logo
  • Bakı -°C
30 Mart 2026 19:15
94
DÜNYA
A- A+

Hörmüzdən sonra daha bir boğaz bağlana bilər

Yəmənin yüksək vəzifəli husi komandiri Əbdül əl-Səvr ABŞ-İsrail arasında İrana qarşı daha genişmiqyaslı müharibənin başlaması halında planlarını açıqlayıb.

Adalet.az "Fars" agentliyinə istinadən xəvər verird ki, o, Bab əl-Məndəb boğazını Amerika və İsrail gəmiləri üçün bağlamaqla hədələyib. 

"Yəmən silahlı qüvvələri Qırmızı dənizin İran və Hizbullaha qarşı hərbi əməliyyatlar üçün bazaya çevrilməsinə icazə verməyəcək. Yəmən müharibənin bu mərhələsində yeni silahlardan istifadə edəcək. Qırmızı dəniz sahili dövlətlərinə rabitə kanalları vasitəsilə xəbərdarlıq edilib ki, bu müharibə zamanı Amerika və ya İsrail gəmilərinə imkanlar təmin edən hər hansı bir ölkə hədəfə alınacaq.

Qarşıdakı saatlar böyük sürprizlərlə dolu olacaq. Yəmən silahlı qüvvələri İsrailin gözləməyəcəyi xüsusi hərbi əməliyyatlar aparmağa qadirdir. ABŞ-ın İrana qarşı hər hansı quru hərbi əməliyyatı çox baha başa gələcək. Biz İranı tərk etməyəcəyik; ona dəstəyimizi gücləndirəcəyik və Amerika maraqlarına zərbə vurmaqdan çəkinməyəcəyik. Sahil ölkələrimizdəki Amerika bazalarının İrana qarşı istifadəsinə icazə verməyəcəyik. Buna görə də, İranı dəstəkləmək və düşməni zərərsizləşdirmək üçün istənilən hərbi əməliyyatı edəcəyik", - deyə o qeyd edib.

Xatırladaq ki, qlobal neft və neft məhsulları daşınmalarının təxminən 12%-i, eləcə də bütün qlobal ticarətin 15%-ə qədəri Bab əl-Məndəbdən keçir.